Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Nəcməddin Sadıkov belaruslu həmkarı ilə görüşüb


Azərbaycan Müdafiə Nazirliyi

Dünən, avqustun 22-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov belaruslu həmkarı Oleq Belokonev ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Belarusda rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi N.Sadıkov bu ölkənin müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Oleq Belokonev ilə görüşüb.

«O.Belokonev vurğulayıb ki, Belarus Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur», - məlumatda yazılır.

Verilən məlumata görə, N.Sadıkov da öz növbəsində Azərbaycan-Belarus hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

«Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər geniş təhlil edilib», - nazirlik bildirir.

N.Sadıkov avqustun 21-də Belarusa səfər edib.

Multimedia

XS
SM
MD
LG