Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:07

Hakerlərin seçici siyahılarına girmək cəhdi önlənib


İllüstrativ foto

ABŞ rəsmiləri hakerlərin Demokratik Milli Komitəsinin nəhəng seçici məlumat bazasına girməyə çalışdığını, ancaq bu cəhdin önləndiyini bildirir. İki il öncə isə rusiyalı əməliyyatçıların prezident seçkisi zamanı komitənin emaillərinə haker hücumu etdiyi, sənədləri sızdırdığı iddia olunurdu.

Demokratlar partiyasının rəsmiləri avqustun 22-də bildiriblər ki, süni zəkadan istifadə edən internet təhlükəsizliyi şirkəti haker hücumu cəhdini aşkarlayıb və avqustun 21-də komitəni xəbərdar edib.

Hakerlərin əlinə heç bir informasiyanın keçmədiyi bildirilir. Federal Təhqiqat Bürosu (FBI) da dərhal bilgiləndirilib.

Rəsmilər hələlik, hücum cəhdinin arxasında kimin durduğunu söyləməyə tez olduğunu deyiblər.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı il seçkisində respublikaçıların namizədi, seçkini udmuş Donald Trump-ın seçki kampaniyası ilə mümkün əlbirliyini araşdırır.

XS
SM
MD
LG