Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:46

Gürcüstanda daha bir universitetə tələbə qəbulu dayandırılır


Universitetin tələbələri etiraz edir
Universitetin tələbələri etiraz edir

Tbilisidəki Beynəlxalq Qara Dəniz Universitetinin tələbə qəbul etməsi müvəqqəti dayandırılıb. Ancaq təhsil ocağında bu qərarı ədalətsiz və əsassız sayırlar. Təhlilçilər məsələnin mümkün siyasi səbəblərindən danışır.

Avtandil Zarnadze orta məktəbi qızıl medalla bitirərək məhz bu universiteti seçib. Ancaq indi iki gün ərzində başqa təhsil ocağı seçməyin asan olmadığını deyir.

Təhsilin Keyfiyyəti Mərkəzi əmir edir ki, artıq bu universitetdə təhsil alanların problemi olmayacaq, məsələ birinci kurs tələbələrinə aiddir, onlar başqa yerləri seçməlidirlər. Mərkəzin rəhbəri Tamar Sanikidze-nin sözlərinə görə, tələbə qəbuluna qadağa universitetin dövlətə borcuna görə qoyulub. Xüsusi avtorizasiya şurası hesab edib ki, Qara Dəniz Universitetinin maliyyə problemləri təhsil prosesini zərbə altında qoya bilər.

GƏLİR 2 MİLYON LARİ AZALACAQ

Sanikidze deyib ki, “715 min lari borc səbəbindən təhsil ocağının mülkiyyəti, sahiblərinin payı üzərinə həbs qoyulub”.

Tamar Sanikidze
Tamar Sanikidze

Borc vergilərin ödənməməsinə görə yaranıb. Ancaq universitetdən bildirirlər ki, həbs götürülüb, ödənməsi tələb olunan məbləğlə bağlı məhkəmə istintaqı gedir.

Tələbə qəbuluna qadağa qoyulması bu il universitetin gəlirini 2 milyon lari azaldacaq. Əsas problem maliyyə sabitsizliyidirsə, gəlirin azaldılması məntiqlidirmi?” – Qara Dəniz Universitetinin rəsmi bəyanatında deyilir.

Universitetdən siyasi xarakterli şərh vermək istəməsələr də, bu təhsil ocağının ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gulen şəbəkəsinə aid olduğu bildirilir. Gulen Türkiyədə 2016-cı il uğursuz çevriliş cəhdinin arxasında durmaqda ittiham olunur, özü ittihamları rədd edir.

Bu, problemlərlə üzləşən ilk təhsil ocağı deyil. Bir il öncə Demirel məktəbinin lisenziyası da dayandırılıb. Avtorizasiya Şurası təhsil ocağının işində nöqsanlar aşkarlandığını bildirmişdi.

Bir sıra təhlilçilər rəsmi versiyanın həqiqiliyini şübhə altına alırlar, onların fikrincə, universitetlərin bağlanması qərarlarının arxasında Türkiyə hakimiyyətinin təzyiqi durur.

Qara Dəniz Universitetinin professoru, politoloq Nika Chitadze deyir ki, məsələyə dair suallar yaranır:

Batumidə Shahin məktəbləri, Gürcüstanda 20 ildən artıq fəaliyyət göstərən Dəmirəl məktəbi bağlandı, indi də Qara Dəniz Universiteti... Niyə axı? Universitet yeni tələbə qəbul edə bilməsə, 2 milyon lariyə yaxın vəsait itirir. Əvvəlcə məhkəmə bu borcun olub-olmadığını müəyyənləşdirməyib”.

Qara Dəniz Universiteti 1995-ci ildə açılıb, ötən il bu təhsil ocağına 2 min 700 tələbə qəbul olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG