Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:36

Yol polisi avtomobillərini dəyişir


BMW

Bakıdakı yol polislərinin avtomobillərinin yeniləndiyi bildirilir.

«Turan» agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, hazırda istifadə edilən «BMW» markalı avtomobillər «Mercedes»lərlə əvəz ediləcək.

Azərbaycana 70 ədəd son model «Mercedes» markalı avtomobilin gətirildiyi, onların Bakı şəhərində xidmət aparan yol polislərinə veriləcəyi deyilir. Ancaq onların alış qiyməti açıqlanmır.

Yeni «Mercedes»lərdə cərimələrin yerində ödənilməsindən ötrü POS-terminallar və elektron məlumatlar bazası olan kompüterlər də yerləşdirilməlidir.

Bundan başqa, həmin maşınlarda radar, videonəzarət kameraları da quraşdırılmalıdır.

Yayılan məlumata görə, hazırda Bakıdakı yol polislərinin istifadəsində olan bəzi avtomobillərin regionlara göndərilməsi planlaşdırılır.

Üstəlik, regionlardakı istismar müddəti bitmiş avtomobillərin satışa çıxarılmasının nəzərdə tutulduğu bildirilir.

«Mercedes» AMG C43 markalı avtomobillərin ilk partiyasının Azərbaycana ötən il gətirildiyi deyilir. Həmin vaxt yerli mətbuatda gedən yazılarda bildirilirdi ki, bu markalı avtomobilin qiyməti komplektasiyasından asılı olaraq 60-70 min (119 000 AZN) dollar civarındadır.

Ancaq bəzi ekspertlər yol polisinə bahalı avtomobillərinin alınmasını israfçılıq sayırlar.

Multimedia

XS
SM
MD
LG