Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov bu gün, avqustun 21-də Belarusa gedib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda bildirilir ki, səfər Belarusun müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi Oleq Belokonevin dəvəti ilə gerçəkləşib.
Belarus Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşəcək N.Sadıkovun ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənir.