Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 12:48

QMİ: Azərbaycanlı zəvvarlar qasırğadan zərər çəkməyib


Məkkə

Azərbaycanlı zəvvarlar Səudiyyə Ərəbistanında baş vermiş təbii fəlakətdən zərər çəkməyiblər.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatında belə deyilir.

Avqustun 19-da ziyarət zamanı Ərəfatda qasırğa baş verib. Qasırğa güclü yağış, küləklə müşayiət olunub. Qafqaz Müsəlmanları İdarəsi bu zaman azərbaycanlı zəvvarların xəsarət almadığını, zərərçəkənlərin olmadığını bildirir: ​«Dünən və bu gün, avqustun 20-də hazırda Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb. Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, azərbaycanlı zəvvarlar Həcc ibadətlərini normal qaydada davam etdirir. Bütün həccaclarımız sağ və salamatdır, meydana gələn qeyri-sabit hava şəraiti zamanı Azərbaycan vətəndaşlarının heç biri zərər çəkməyib».

QMİ qeyd edir ki, zəvvarlar əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Azərbaycana qayıtmağa başlayacaqlar.

Xatırlatma

Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

Bu il Həcc ziyarətindən ötrü Azərbaycana 1440 kvota ayrıldığı bildirilib. Qiymət 4150 dollar müəyyən edilib.

Zəvvarların qayıdışı sentyabrın 1-dən 5-nə kimi gözlənilir.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il avqustun 22-si və 23-nə təsadüf edir.

XS
SM
MD
LG