Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 12:14

Murad Ədilovun buraxılmasına görə...


Murad Ədilov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) fəalı Murad Ədilovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət olunub.

Bu barədə Murad Ədilovun vəkili Bəhruz Bayramov məlumat verib.
B.Bayramov vurğulayıb ki, 6 il həbs cəzası almış Murad Ədilov bunun 4 ilini, yəni üçdə iki hissəsini çəkdiyindən qanunvericiliyin tələbinə uyğun olaraq bu addımı atıblar:
“Avqustun 17-də Nərimanov Rayon Məhkməsinə müraciəti göndərdik. Qanunvericiliyin tələbinə əsasən 10 gün ərzində müraciətimizə cavab verilməlidir".

Murad Ədilov “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı, hazırda mühacirətdə olan Natiq Ədilov-un qardaşıdır.
O, 2014-cü il avqust ayının 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi-nin keçirdiyi əməliyyat-axtarış nəticəsində həbs edilib.

M. Ədilov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. 2015-ci il may ayının 14-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib.
O ittihamları qəbul etmir, həbsini əsasən qardaşının fəaliyyəti ilə bağlayır.

Hökmdən narazı qalan M. Ədilov Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə AXCP üzvünün şikayətini təmin etməyib.
Beynəlxalq Amnistiya Təşkilatı Murad Ədilovu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG