Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 11:52

Zəfər Əhmədliyə görə ombudsmana müraciət olunub


Polis

30 sutka inzibati cəza alan AXCP fəalı Zəfər Əhmədlinin səhhətində problemlərin qaldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun ailəsindən danışıblar.

Yaxınlarının bildirdiyinə görə, Z.Əhmədli böyrək ağrılarından əziyyət çəkir. Ailəsindən vurğulayıblar ki, Z.Əhmədlinin davamlı qulluğa, sağlığının diqqətdə saxlanmasına ehtiyac var: «Təcridxanada belə şərait yoxdur. Lazım olan dava-dərmanı da biz alıb vermişik».

Yaxınlarının həmçinin deməsinə görə, cəbhəçinin sağlıq durumunun diqqətdə saxlanmasından ötrü əlaqəli qurumlara müraciət olunub. Bu gün, avqustun 17-də cəbhəçinin vəkili onun sağlıq durumu ilə bağlı insan hüquqları üzrə müvəkkilə (ombudsaman) də müraciət edib.

Bu müraciətlərə Ombudsman Aparatından və uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP fəalı Zəfər Əhmədliyə 30 sutka inzibati həbs cəzası verib. Onun küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırıldığı bildirilir.

Cəbhəçinin inzibati qaydada cəzalandırılmasından verilən apellyasiya şikayəti rədd edilib.

AXCP-dən isə Z.Əhmədlinin həbsinin gerçək səbəbinin Facebook sosial şəbəkəsində yazdığı statuslar olduğu deyilib.

Z.Əhmədli həm də həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atasıdır. F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. O, «Azərfon» MMC-də çalışdığı müddətdə Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə həbs olunduğunu bildirir.

Multimedia

XS
SM
MD
LG