Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 04:15

PX: 'Qanunun yol verdiyi kitablara maneə yoxdur'


Kitablar

«Azərbaycan qanunvericiliyi ilə milli, dini, irqi ədavəti qızışdıran, porno tərkibli ədəbiyyatların məhkumlara verilməsi qadağan edilir».

Bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Onun vurğulamasına görə, yuxarıda göstərilən kitablardan kənar ədəbiyyatların məhbuslara verilməsinə hər hansı qadağa yoxdur:

«Əksinə, dövlət hər il Penitensiar Xidmətin kitabxana fondunun yenilənməsi üçün vəsait ayırır. Bundan əlavə, Xidmət müəyyən dövlət qurumları ilə əməkdaşlıq edir. Mərkəzi Kitabxana Xidmətə kitablar göndərir, Yazıçılar İttifaqının üzvləri yeni kitablarından hədiyyə verirlər. Biz Xidmət olaraq məhbusların maarifləndirilməsində maraqlıyıq. Odur ki, qanunun yol verdiyi kitabları məhbusların oxuya bilməsində maneə, məhdudiyyət yoxdur».

Xatırlatma

Bu günlər bəzi ictimai fəallar həbsdəki jurnalistlər Seymur HəziƏfqan Muxtarlıya siyasi ədəbiyyat çatdırmağa maneələr yaradıldığı ilə bağlı açıqlama yaymışdılar.

Abşeron Rayon Məhkəməsi 2015-ci ilin yanvarında S.Həzini xuliqanlıqda ittiham edərək 5 il azadlıqdan məhrum edib.

Ötən il həbs edilən Ə.Muxtarlı isə güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Hər iki jurnalist ittihamları qəbul etmir. Beynəlxalq təşkilatlar onların azad olunmasını istəyir.

Multimedia

XS
SM
MD
LG