Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:57

Cinayətlərin azaldığı bildirilir


Məhkəmələrdə verilən cəzalar nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Məhkəmələrdə verilən cəzalar nə qədər ədalətlidir?

2018-ci ilin birinci yarısında Azərbaycanda ümumilikdə 12 min 844 cinayət faktı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cinayətlərin sayında azalma var. Ötən ilin ilk yarısı ilə müqayisədə azalma 2.6 faiz olub. Əhalinin hər 100 min nəfərinə 129 cinayət hadisəsi düşür.

Törədilmiş cinayətlərin 59.3 faizinin az ağır, 29.5 faizinin böyük ictimai təhlükə törətməyən, 11.2 faizinin isə ağır və xüsusilə ağır cinayətlərə aid olduğu bildirilir.

Yarım ildə 8 min 231 nəfər cinayət törətmiş şəxsin müəyyən edildiyi, onlardan 79.2 faizinin cinayət məsuliyyətinə cəlb olunduğu qeyd edilir.

DSK-nın bildirməsinə görə, cinayət törətmiş şəxslərin arasında qadınlar 5.9, 14-17 yaşda olan uşaqlarsa 3.2 faiz təşkil edib.

Ancaq bəzi ekspertlər belə statistik rəqəmlərə bir qədər şübhə edirlər. Onların deməsinə görə, Azərbaycanda bir sıra cinayətlər heç qeydə alınmır.

Multimedia

XS
SM
MD
LG