Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Hindistanın keçmiş baş naziri Vajpayee vəfat edib


Atal Behari Vajpayee (sağda), 2007-ci il

Hindistanın baş naziri Narendra Modi keçmiş baş nazir Atal Bihari Vajpayee-nin avqustun 16-da 93 yaşında dünyasını dəyişdiyini bildirib.

Vajpayee 1996-2004-cü illərdə üç dəfə baş nazir olub, illərdir xəstəlikdən əziyyət çəkirdi. Son günlər durumu sürətlə pisləşmişdi.

Keçmiş baş nazir doqquz həftə idi xəstəxanada müalicə olurdu.

1998-cı ilin sonunda Vajpayee Pakistanla tammiqyaslı diplomatik sülh prosesinə başlayıb, İslamabadla Lahor Bəyannaməsi imzalanıb.

Bu saziş iki nüvə silahlı qonşu arasındakı gərginliyi azaltdı, mübahisəli Kəşmir vilayəti üzrə münaqişənin daimi həllini hədəfləyən yen sülh prosesinə start verdi.

Bu razılaşma ticarət münasibətlərini də genişləndirib.

XS
SM
MD
LG