Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:20

Rusiyada gey-parada icazə ləğv olundu


Moskvada 2007-ci ildə keçirilmiş gey-parada skinhedlərin etirazı
Moskvada 2007-ci ildə keçirilmiş gey-parada skinhedlərin etirazı

Rusiyada yerli hakimiyyət ölkədə ilk rəsmi gey-parada icazəni geri götürüb. Tədbir avqustun 26-da Novoulyanovsk şəhərinin kənarındakı cəmi yeddi sakini olan kənddə keçiriləcəkdi.

Novoulyanovskun şəhər meneceri Gennady Denikayev avqustun 16-da deyib ki, şəhər merinin parada verdiyi razılıq etibarsız sayılır, çünki bu qərar onunla, yaxud şəhər şurasıyla məsləhətləşmə aparılmadan verilib.

“Qərar verdim, gey-parad olmayacaq. Ənənəvi ailə dəyərlərini, ən əsası, övladlarımızı qeyri-ənənəvi seksual münasibətlərdən qorumaq istəyirik”, – Denikayev deyib.

PARADA 300 NƏFƏR QATILA BİLƏRDİ

Ulyanovsk regionunun Yablonevy yaşayış məntəqəsində gey-parad olacağı haqda mediada məlumatın yayılmasının səbəbi var. Rusiyanın aparıcı gey hüquqları fəallarından olan Nikolai Alekseyev avqustun 15-də yazıb ki, Novoulyanovskun meri Svetlana Kosarinova tədbirə rəsmi icazə verib.

Polis Nikolai Alekseyev-i (ortada) Moskvanın mərkəzində icazəsiz aksiya zamanı saxlayır, 2015-ci il
Polis Nikolai Alekseyev-i (ortada) Moskvanın mərkəzində icazəsiz aksiya zamanı saxlayır, 2015-ci il

Alekseyev Kosarinova-nı “Rusiyanın ən cəsarətli adamı” adlandıraraq ona təşəkkür edib və parada 300 nəfərin qatılacağını bildirib.

Bu, Rusiya tarixində ən yaxşı hadisədir! Çox sağ olun”, – Alekseyev yazıb.

O, Kosarinova-nın rəsmi məktubunun surətini də dərc edib. Məktubda mer gey-paradın şəhər mərkəzində deyil, Yablonevy kəndində keçirilməsini təklif edir.

“Əhalinin bu cür tədbirlərə mənfi münasibətini nəzərə alaraq, qarşıdurmanı və Rusiya qanunvericiliyinin mümkün pozulmasını önləyərək sizə tədbirin yerini dəyişməyi, onu Yablonevydə keçirməyi təklif edirik”, – məktubda deyilir.

Kosarinova məktubunda Rusiyada 2013-cü ildə qəbul olunmuş, “qeyri-ənənəvi seksual əlaqələrin azyaşlılar arasında təbliği”ni yasaqlayan qanuna istinad edir. Həmin qanun beynəlxalq miqyasda tənqid olunmuşdu.

Rusiya hakimiyyəti gey-paradlara imtina cavabı verərkən bu qanuna istinad edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG