Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Manatın 26 yaşı


Manatın 25 ildə keçdiyi yol
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Manatın 25 ildə keçdiyi yol

Bu gün, avqustun 15-də Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il keçir.

Keçmiş prezident Əbülfəz Elçibəy 1992-ci il iyulun 15-də «Milli valyutanın dövriyyəyə buraxılması haqqında» Fərman imzalayıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub. Üstəlik, hər iki valyutadan istifadə edilib.

Prezident Heydər Əliyev 1993-cü il dekabrın 11-də «Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» Fərman verib. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Manatın «qara» günləri

Ancaq o vaxt manat xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4182 manata qalxıb.

2005-ci il fevralın 7-də prezident İlham Əliyev «Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» Fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5000 köhnə manata bərabər tutulub və bir il hər iki əskinaz qüvvədə olub.

2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib.

Sonrakı illərdə ekspertlərin fikrincə, neftin yenidən bahalaşması «qara günləri» arxada qoyub. Nəticədə 1 dollar 78 qəpiyə bərabər olub. Ancaq bu, çox da uzun çəkməyib.

Son iki devalvasiya

2015-ci ildə baş verən iki devalvasiya manatı bir xeyli dəyərdən salıb. 1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib.

Ancaq əsasən son bir ildə manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.

Multimedia

XS
SM
MD
LG