Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 10:31

Erdogan-ın sözçüsü deyir, ABŞ-la problemlər həll olunacaq


Donald Trump (solda) və Recep Tayyip Erdogan NATO sammitində, 11 iyul, 2018-ci il
Donald Trump (solda) və Recep Tayyip Erdogan NATO sammitində, 11 iyul, 2018-ci il

Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın sözçüsü Birləşmiş Ştatlarla problemlərin həllini tapacağını deyir, ancaq Vaşinqton Türkiyə məhkəməsinə təzyiq göstərməyi dayandırmalıdır.

Ibrahim Kalin mətbuat konfransında söyləyib ki, ABŞ Ankaraya F-35 qırıcılarını verməsə, Türkiyə öz hüquqlarının bərpasına çalışacaq. Onun sözlərinə görə, lirə də özünə gələcək.

***

Türkiyə Birləşmiş Ştatlardan idxal olunan bəzi məhsullara tarifləri ikiqat artırıb. Buraya avtomobillər, alkoqol və tütün daxildir. Vitse prezident bunun ABŞ-ın Türkiyə iqtisadiyyatına qəsdli hücumlarına cavab olduğunu deyib.

Ankaranın amerikalı keşişi saxlamasına və digər diplomatik məsələlərə görə NATO-nun bu iki üzvü arasında gərginlik yaşanır. Son günlər türk lirəsi dollara qarşı rekord səviyyədə ucuzlaşıb.

ABŞ prezidenti Donald Trump ötən cümə günü bildirib ki, Türkiyədən alüminium və polad idxalına rüsumlar qaldırılır.

TARİFLƏR 60-140 FAİZ ARTIRILIB

Türkiyənin “Resmi Gazete”sində prezident Recep Tayyip Erdogan-ın imzaladığı fərmanla avtomobillərə tariflər 120 faiz, spirtli içkilərə 140 faiz, tütünə 60 faiz qaldırılıb.

İllüstrativ foto
İllüstrativ foto

Kosmetika məhsulları, düyü və kömürə də tariflər iki dəfə yüksəldilib.

“Bəzi məhsullara tariflər qarşılıqlıq prinsipinə əsasən, ABŞ administrasiyasının iqtisadiyyatımıza qəsdli hücumlarına cavab olaraq artırılıb”, – vitse prezident Fuat Oktay Twitter-də yazıb.

***Buna da bax: Erdogan: Sizdə iPhone varsa, bizim də Vestel-imiz var

Bu il lirə dollara qarşı 40 faiz dəyər itirib, mərkəzi bank onu dəstəkləməkdən ötrü likvidlikik addımları atmalı olub.

Lirə dünən – avqustun 14-də 8 faiz möhkəmlənib, səbəb sabah – avqustun 16-da maliyyə nazirinin beynəlxalq investorlarla planlaşdırılan konfransıdır.

Bazarlar Erdogan-ın iqtisadiyyat üzərindəki təsirindən, onun faiz dərəcələrinin artırılmasına qarşı çıxmasından əndişələnir.

Bu gün bir ABŞ dolları 6,4125 lirəyə bərabərləşib ki, bu dünənki 6,3577 həddindən zəifdir.

Erdogan Türkiyənin iqtisadi müharibənin hədəfində olduğunu bildirir. O, dəfələrlə türkləri əllərindəki dollar və avroları milli valyutaya dəyişməyə çağırıb. Prezident dünən bəyan elədi ki, Türkiyə ABŞ-dan elektronika məhsullarını boykot edəcək.

XS
SM
MD
LG