Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Erdogan: Sizdə iPhone varsa, bizim də Vestel-imiz var


Recep Tayyip Erdogan AK Partinin tədbirində, 14 avqust, 2018-ci il
Recep Tayyip Erdogan AK Partinin tədbirində, 14 avqust, 2018-ci il

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir ki, ölkəsi ABŞ-da istehsal olunmuş elektronika məhsullarını boykot edəcək.

Son günlər Birləşmiş Ştatlarla qarşıdurma türk valyutasının çöküşünə səbəb olub. Erdogan isə heç geri çəkilənə oxşamır.

BOYKOT NECƏ HƏYATA KEÇİRİLƏCƏK

Prezident deyib ki, ABŞ istehsalı olan iPhone mobil telefonlarının alışını dayandıra, əvəzində Koreyanın Samsung, Türkiyənin Vestel şirkətlərinin məhsullarını ala bilərlər.

“Onların iPhone-u varsa, başqa yerdə də Samsung var. Bizim də Vestel-imiz var”, – Erdogan vurğulayıb.

***Buna da bax: Qərb mediası: ‘Türkiyə çöksə…’

Ancaq Erdogan bu boykotu necə gerçəkləşdirəcəyini açıqlamayıb.

O, bir daha türkləri valyutanın gücləndirilməsi üçün dollarlarını türk lirəsinə dəyişməyə çağırıb.

Arxiv fotosu
Arxiv fotosu

Türkiyə casusluq ittihamıyla saxladığı amerikalı keşişi buraxmaqdan imtina edir deyə, Birləşmiş Ştatlar sanksiyalar tətbiq edib. Son bir həftədə lirə sürətlə ucuzlaşmaqdadır.

Avqustun 14-də Türkiyənin nüfuzlu biznes qrupları hökuməti valyuta böhranını önləməkdən ötrü monetar siyasətini sərtləşdirməyə çağırıblar.

TUSİAD və Palatalar və Ticarət Birjaları Birliyinin birgə bəyanatında qarşıdurmanın həllindən ötrü birgə səylərə çağrılır. Biznes qrupları inflyasiyanın azaldılmasından ötrü yol xəritəsinin çəkilməsinə səsləyirlər.

Bu gün bir dollar 6,55 lirə səviyyəsində qərarlaşıb ki, bu, bir gün öncəkindən 6 faiz çoxdur. Bazar günü məzənnə 7,23 lirə olmuşdu.

BERAT ALBAYRAK İNVESTORLARLA DANIŞACAQ

Anadolu dövlət xəbər agentliyi maliyyə nazirinin cümə axşamı yüzlərlə xarici investora müraciət edəcəyini açıqlayıb.

Berat Albayrak
Berat Albayrak

Ağ evin dünən bildirməsinə görə, milli təhlükəsizlik müşaviri John Bolton Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb, keşiş Andrew Brunson-un məsələsini müzakirə edib. Keşişin türkiyəli vəkili isə bu gün onun buraxılmasından ötrü bir daha müraciət yayıb.

Treyderlərin fikrincə, maliyyə naziri Berat Albayrak-ın minədək investorla telekonfrans keçirəcəyi xəbəri lirəni möhkəmlədib.

“İnanıram ki, bu zaman yeni və vacib mövzular müzakirə olunacaq, yoxsa belə bir cəhd edilməzdi”, – TEB Investment-in strategiki Isik Okte deyib.

Ağ evin iqtisadi məsələlər üzrə müşaviri Kevin Hassett-in deməsinə görə, maliyyə naziri Steve Mnuchin Türkiyədəki maliyyə durumunu “yaxından izləyir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG