Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:18

London polisi şübhəli ‘terrorçu’nu həbs edir


Hadisə yeri

Londonda parlamentin kənarındakı təhlükəsizlik baryerinə avtomobili çırpan və bir neçə piyadanı yaralayan şəxs “terrorçuluq”da şübhəli bilinərək saxlanıb. Məlumatı London polisi yayıb.

Polisin avqustun 14-də bildirməsinə görə, avtomobillə bağlı insidenti terror hücumu sayırlar və istintaq aparılır. Avtomobilin kişi sürücüsü saxlanıb.

Polis Vestminister ərazisindəki qəza yerində silah aşkarlanmadığını bildirir.

Avtomobilin vurduğu azı iki nəfər xəstəxanada müalicə alır, ancaq polis onların həyatlarına təhlükə olmadığını qeyd edir.

Şahidlərin deməsinə görə, sürücü maşını qəsdən, yüksək sürətlə parlamenti əhatələyən baryerə çırpıb.

Təhlükəsizlik baryerləri 2017-ci ilin mart hücumundan sonra quraşdırılıb. O zaman Khalid Masood adlı şəxs maşını Vestminister körpüsü üzərində piyadaların üstünə sürmüş, daha sonra parlamentin yaxınlığındakı darvazaya çırpmışdı, dörd nəfər həlak olmuşdu.

XS
SM
MD
LG