Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Xəzəryanı ölkələrin Azərbaycanda toplantısı gözlənir


Xəzəryanı ölkələr bu dəfə də tam razılaşa bilmədilər
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Xəzəryanı ölkələr bu dəfə də tam razılaşa bilmədilər

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzərin hüquqi statusu haqqında konvensiya üzrə məsləhətləşmələr aparmağı planlaşdırırlar.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Məlumatda bildirilir ki, görüş avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Xəzər zirvə toplantısında dövlət başçılarının qəbul etdiyi kommunikeyə uyğun olaraq keçirilir.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın qəbul olunması ilə bağlı danışıqlar 1996-ci ildən bu yana davam edirdi.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) prezidenti Xəzərin hüquqi statusu haqqında sənədi qəbul ediblər.

Aktauda imzalanmış bu konvensiyada sahilyanı dövlətlərin ərazi sularının müəyyənləşdirilməsi öz əksini tapıb. Sənəddə qeyd edilir ki, hər bir tərəfin ərazi sularının eni 15 dəniz milindən çox olmamalıdır. Ərazi sularına eni 10 mil olan balıqçılıq zonası əlavə edilir. Konvensiyaya görə, qonşu dövlətlərin ərazi suları arasında sərhəd ikitərəfli müqavilələr əsasında müəyyənləşdiriləcək. Eyni zamanda, ərazi sularının xarici sərhədi dövlət sərhədi statusu alır. Ərazi sularından kənardakı su məkanı dövlətlərin ümumi istifadəsinə verilir.

İmzalanan sənədə görə, Xəzərin dibinin bölünməsi də ikitərəfli və çoxtərəfli sazişlər əsasında həyata keçiriləcək.

XS
SM
MD
LG