Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:10

Khamenei sanksiyaları üstələməyin yolunu göstərir


Ayatollah Ali Khamenei Tehranda tədbirdə, 13 avqust, 2018-ci il
Ayatollah Ali Khamenei Tehranda tədbirdə, 13 avqust, 2018-ci il

İranın ali dini lideri Ayatollah Ali Khamenei deyir ki, ölkənin iqtisadi çətinlikləri daha çox daxili idarəçiliyin düzgün qurulmamasından qaynaqlanır, nəinki ABŞ-ın təzyiqilə.

İranlılara ABŞ sanksiyalarından çox, iqtisadi idarəçiliyin düzgün qurulmaması təzyiq göstərir”, – dövlət televiziyası avqustun 13-də Khamenei-yə istinadla yazıb.

Ali dini lider ölkədə əsas söz sahibidir.

“Daha yaxşı idarəçiliklə sanksiyalara dirəniş göstərə, onları üstələyə bilərik”, – o deyib.

Birləşmiş Ştatlar mayda 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan edincə İranda iqtisadi problemlər dərinləşməyə, milli valyuta rial sürətlə ucuzlaşmağa başlayıb.

Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

“DÜŞMƏNLƏRİN İŞİ”

Son vaxtlar Tehranda və digər şəhərlərdə rialın ucuzlaşması, yüksək inflyasiya, iqtisadi çətinliklər və korrupsiyaya sporadik küçə etirazları keçirilir.

Rialın çöküşü, Behnam Mohammadi-nin karikaturası
Rialın çöküşü, Behnam Mohammadi-nin karikaturası

Birləşmiş Ştatlar avqustun 7-də İran iqtisadiyyatına sanksiyaları bərpa edib. İkinci raund noyabrın əvvəllərinə gözlənir.

İran rəsmiləri rialın ucuzlaşmasına, qızıl sikkələrin bahalanmasına görə “düşmənləri” ittiham edir.

“Rialın ucuzlaşması və qızıl sikkələrinin qiymətinin artması böyük iqtisadi problemlərdir”, – Khamenei minlərlə adamın qatıldığı toplantıda deyib.

“Korrupsionerlər ağır cəza almalıdırlar”, – ali dini lider söyləyib.

Khamenei ötən həftə maliyyə cinayətləri üzrə xüsusi məhkəmələrin yaradılmasını təsdiqləyib.

Avqustun 12-də ədliyyənin sözçüsü Gholamhossein Mohseni Ejei deyib ki, son həftələr korrupsiyayla mübarizə çərçivəsində 67 nəfər saxlanıb, 100-dən çox adamın ölkədən çıxışına qadağa qoyulub.

“Bu gün İran rəsmiləri hər səviyyədə korrupsiyayla mübarizənin vacibliyindən danışırlar”, – Human Rights Watch (HRW) təşkilatı avqustun 10-da bildirib.

“Ancaq bundan ötrü ittiham olunanların hamısının hüquqlarının təmin olunduğu müstəqil məhkəmə lazımdır”, – Nyu Yorkda mənzillənən insan haqları təşkilatı bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG