Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:16

Ağ evin yaxınlığında ‘irqçi’ aksiyaları


Arxiv fotosu

Avqustun 12-də Ağ evin yaxınlığında ağdərililərin üstünlüyünün tərəfdarları və əleyhdarları yürüşlər keçiriblər.

Vaşinqton polisi küçələrin çoxunu bağlayıb və etirazçılar arasında qarşıdurma yaranmasını önləyib.

İrqçiliyə qarşı çıxanların sayı minlərlə, ağdərililərin üstünlüyünü istəyənlərin sayı isə 20-dən artıq olub.

İrqçiliyə etiraz edənlər prezident Donald Trump-a qarşı plakatlar qaldırıblar. Onlar prezidentin ağdərililərin millətçiliyini artırdığını iddia edirlər. Bəzi plakatlarda “Nasistlər”, “Ağ dərililərin üstünlüyü terrorçuluq deməkdir” yazılıb.

Ağ evin qarşısında parka doğru yürüş edən irqçilik tərəfdarlarını polis qatar stansiyasına ötürüb.

Ötən il Virciniya ştatında oxşar yürüşdə zorakılıq yaşanmış, bir etirazçı dünyasını dəyişmişdi.

Dünənki yürüş iştirakçıları leysan yağış başlayınca ərazini tərk ediblər.

Trump avqustun 12-də tvitində yazıb ki, “irqçiliyin bütün növlərini və zorakılıq hərəkətləri”ni pisləyir.

XS
SM
MD
LG