Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Uyğur regionunda ‘böyük faciə’nin önləndiyi bildirilir


Urumçi şəhərində məscid

Çinin dövlət mediası avqustun 13-də iddia edib ki, ölkənin uzaq qərbindəki Sincan vilayətində “böyük faciə”nin qarşısı alınıb.

Bundan öncə BMT həmin ərazidə yaşayan 1 milyon etnik uyğurun taleyindən “dərin narahatlığ”ını bildirmişdi.

BMT-nin İrqi Ayrıseçkiliyin Ləğvi Komitəsinin avqustun 10-da bildirməsinə görə, Çindəki uyğurlar “ekstremizmə qarşı mərkəzlər”də saxlanır, milyonlarla adam yenidən təhsil düşərgələrinə cəlb olunur və Çinin uyğur regionu “tərksilah edilmişlərin nəhəng düşərgəsi”nə çevrilir.

Qurumun məlumatına görə, Sincan vilayətindəki uyğurlar və müsəlman azlıq təmsilçilərinin çoxu məhkəmə qarşısına çıxarılmayıb, yaxud ittiham irəli sürülməyib.

Çin Sincana islamçı yaraqlılar və separatçıların ciddi təhdid yaratdığını, onların hücumlar planlaşdırdığını, əsasən müsəlman uyğurlardan ibarət azlıqla gərginliyi qızışdırdığını bildirir.

Çin və ingilis dillərində çıxan “Global Times” qəzeti avqustun 13-də yazıb ki, Sincanda insan haqlarının durumun tənqid etməkdə məqsəd regionda qarışıqlıq yaratmaq, sabitliyi hədələməkdir.

Qəzetin yazmasına görə, Çinin bu regionda təhlükəsizlik qüvvələrinin olması regionun Suriya və ya Liviyaya çevrilməsini önləyib.

Çindəki uğurların çoxu Orta Asiya və Türkiyəyə gedib.

Uyğur diasporunun üzvlərinin bildirməsinə görə, qohumlarını dostlarına Ramazan təbriki göndərmələrinə, yaxud populyar musiqi köçürmələrinə görə həbs ediblər.

XS
SM
MD
LG