Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:34

İ.Əliyev İran və Qazaxıstan dövlət başçıları ilə görüşüb


İ.Əliyev, H.Ruhani, N.Nazarbayev

Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də Aktauda İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İki ölkənin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi vurğulanıb. Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin «Şimal-Cənub» nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olunub.

Azərbaycan prezidentinin habelə, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevlə də görüşü olub. Bu görüşdə də ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə edilib.

Xatırlatma

Azərbaycan prezidenti İ.Əliyev avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək məqsədilə Qazaxıstanın Aktau şəhərinə gedib.

Aktauda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Sənədə Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan dövlət başçıları imza atıblar.

Bundan əlavə, tərəflər Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizə, ticari-iqtisadi, nəqliyyat, insidentlərin qarşısının alınması və sərhəd xidməti idarələrinin əməkdaşlığı haqqında da birgə sənədlər qəbul ediblər.

Multimedia

XS
SM
MD
LG