Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 19:32

NASA günəşi öyrənmək üçün fəzaya xüsusi aparat göndərib


Foto arxiv

NASA Kosmik Agentliyi günəşi araşdırmaq üçün fəzaya xüsusi zond göndərib.

AzadlıqRadiosunda BBC və digər mənbələrə istinadla olan məlumata görə, raket avqustun 12-də Florida ştatındakı kosmodromdan buraxılıb.

Artıq 10 ildir ki, bu missiyaya hazırlıq görülürdü.

“Parket” zondu günəşin təxminən 6 milyon kilometrliyinə yaxınlaşacaq.

İndiyədək heç bir kosmik apparat günəşə bu qədər yaxınlaşmayıb.

Zond günəş küləyi və günəşin atmosferini öyrənəcək.

Aparat çox yüksək tempraturda-1000 dərəcəlik istidə işləməli olacaq və 7 il ərzində Günəş ətrafında 24 dəfə dövrə vuracaq.

Layihənin dəyəri 1,5 milyard dollardır.

XS
SM
MD
LG