Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:28

Lirə ucuzlaşır, Türkiyəyə tətilə gedənlər artır


Antalya
Antalya

Son günlər türk lirəsinin kəskin ucuzlaşması Türkiyəyə istirahətə gedənlərin sayını artırıb.

“The Guardian” qəzeti yazır ki, britaniyalılar daha çox Türkiyəyə üz tuturlar və turizm şirkətləri bu il bilet satışında artım olduğunu deyirlər.

63 FAİZLİK ARTIM

Son bir ildə lirə funt sterlinqə qarşı 34% ucuzlaşıb. Ötən il 100 funt sterlinq 460 lirə edirdisə, indi 697 lirə edir. Bu il funt sterlinq də avro və ABŞ dollarına qarşı ən aşağı həddə düşüb.

“Bir tərəfdən lirə funt-sterlinqə qarşı ucuzlaşıb, digər tərəfdən istilər Türkiyədə dincəlmək üçün yaxşı fürsət yaradıb”, – Thomas Cook Money şirkətindən Anth Mooney deyib.

Türk lirəsi
Türk lirəsi

Şirkət bu il Türkiyəyə bilet alanların sayında 63% artım qeydə alındığını bildirir. Antalya bu mənada İspaniyanın Palma de Malyorkasını üstələyib. Thomas Cook Airline britaniyalı müştərilərə ən çox oraya daşıyırdı. İndi həftədə Antalyaya 57, Palmaya 41 reys gerçəkləşdirilir.

2016-cı ilin terror hücumlarından bəri Türkiyə turizmi dirçəliş dövrünü yaşayır.

“The Guardian” yazır ki, turistlər arasında populyarlığına baxmayaraq, Türkiyə iqtisadi böhranı yoluna qoymağa çalışır. Lirənin ucuzlaşmsına səbəb Türkiyə ilə Donald Trump administrasiyası arasındakı gərginlikdir. Trump bildirir ki, Türkiyənin ABŞ bazarına rüsumsuz girişinə yenidən baxır. Bu, 1,7 milyard dollarlıq türk ixracı üzərinə əlavə rüsum qoyulması demək olar.

“Reuters” agentliyi isə lirənin ötən gün – avqustun 9-da bir daha rekord həddə düşməsindən yazır. Ötən gün bir dollar 5,55575 lirəyə bərabərləşib.

GƏLƏN İL 3-4 FAİZ ARTIM GÖZLƏNİR

Türkiyədə amerikalı rahib Andrew Brunson-un terrorçuluq ittihamları ilə saxlanması tərəflər arasında gərginlik yaradıb. Türkiyə rahibi ev dustaqlığına buraxıb, məhkəməsi davam edir.

Andrew Craig Brunson
Andrew Craig Brunson

Türkiyə nümayəndə heyəti Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşlərdən qayıdıblar. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin agentliyə deməsinə görə, rəsmilər Dövlət Departamenti və ABŞ Xəzinədarlığında bir gün görüş keçiriblər, ancaq görüşlərdə hər hansı uğur əldə olunması barədə informasiya verilməyib.

Ankara və Vaşinqton arasında Suriya müharibəsinə müdaxilə, Türkiyənin Rusiyadan raket kompleksləri alması planı, Birləşmiş Ştatlarda türkiyəli bankirin məhkum edilməsi məsələləri ilə bağlı narazılıq var.

Ötən gün Türkiyə Xəzinədarlığı və Maliyyə Nazirliyi bəyanatında bildirib ki, gələn il ÜDM-də 3-4 faizlik artım gözlənir. Bəyanata görə, nazir Berat Albayrak bu gün – avqustun 10-da iqtisadiyyatla bağlı son planını açıqlayacaq.

Bu bəyanatdan sonra lirəyə təzyiq nisbətən azalıb.

Erdogan artıma təkan vermək üçün bankların aşağı faizlə kredit ayırmasını istəyir.

“Heç bir iş görülməsə, artımın inflyasiya-məzənnə-inflyasiya burulğanından çıxmasından ötrü daha böyük bədəl ödənəcək. Məzənnənin nəzarətdən çıxmasının əsas səbəbi odur ki, həm ölkə içində, həm də xaricdəiqtisadiyyatın idarə olunmasına inam itib”, –Bahçeşehir Universiteti nəzdində İqtisadiyyat və Sosial Tədqiqat Mərkəzinin direktoru Seyfettin Gursel deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG