Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 13:16

Rayonlarda yağış gözlənir


Yağış

Avqustun 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, axşama doğru mülayimləşəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 23-25 dərəcə isti təxmin edilir.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG