Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:49

Taliban Qəzniyə böyük hücuma başlayır


Əfqanıstan, arxiv fotosu

Taliban yaraqlıları Əfqanıstanın Qəzni vilayətinin paytaxtına hücuma başlayıb. Rəsmilər təhlükəsizlik qüvvələri ilə ağır toqquşma getdiyini bildirir.

Avqustun 10-da azı bir əfqan əsgərin, yeddisinin yaralandığı bildirilir.

Yerli hökumətin sözçüsü Arif Noori “Frans Pres” agentliyinə deyib ki, dinc sakinlərin evləri və hərbi nəzarət məntəqələri atəşə tutulub, küçələrdə onlarla taliban yaraqlısının meyiti var.

Talibanın şəhərin mərkəzinə irəliləməsini önləməkdən ötrü xüsusi polis qüvvələri yerləşdirilib.

Taliban isə bəyanatında iddia edib ki, “şəhərin içindəki hökumət binalarının çoxunu” tutub. Qruplaşma onlarla hökumət əsgərini öldürdüyünü və yaraladığını bildirib. Üç talibançının öldürüldüyü və səkkizinin yaralandığı qeyd olunur.

Müdafiə Nazirliyinin sözçüsü Mohammad Radmanish şəhərin hökumət qüvvələrinin nəzarətində olduğunu bildirib.

XS
SM
MD
LG