Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:17

'Azerspace-2' Kuru kosmodromunda


«Azerspace-1» peykinin orbitə buraxılması. 2013

2018-ci ilin sentyabrında orbitə buraxılması planlaşdırılan «Azerspace-2» peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib.

Bu barədə «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin (ASC) avqustun 9-da yaydığı məlumatda yazılıb.

Məlumata görə, «Azerspace-2» Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.

Açıqlamada vurğulanır ki, peyki «Space Systems/Loral» (SSL) şirkəti yüksək etibarlı «SSL 1300» peyk platforması əsasında istehsal edib.

««Azerspace-2» peyki «Arianespace» şirkətinə məxsus «Ariane-5» daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 450 şərq uzunluğu orbital mövqeyində yerləşəcək.

«Azerspace-2» peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb».

Məlumatda vurğulanır ki, «Azerspace-2» peyki Avropa, Mərkəzi, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Yeni peyk «Azərkosmos»un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki – «Azerspace-1» peykinin orbitdəki ehtiyatı olmalıdır.

Xatırlatma

2013-cü ilin fevral ayında «Azərkosmos» ASC-nin idarə etdiyi «Azerspace-1» peyki orbitə buraxılıb. 2014-cü ilin dekabr ayından etibarən «Azərkosmos» ASC sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə), Yer səthinin məsafədən müşahidə peyki olan «Azersky»ın idarəçiliyini təhvil alıb.

«Azerspace-2»in tikintisi üzrə işlərə hələ 2016-cı ilin əvvəllərində başlanıb. Onun 2017-də hazır olacağı gözlənirdi.

«Azərspace-1» 460 Şərq uzunluğu orbital mövqeyində yerləşir. O, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Multimedia

XS
SM
MD
LG