Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

monitortv.info da bloklanıb


Azərbaycanda senzura bərpa olunur? Saytlar dalbadal bloklanır
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Azərbaycanda senzura bərpa olunur? Saytlar dalbadal bloklanır

Yasamal Rayon Məhkəməsi avqustun 8-də hakim Ayaz Məmmədovun sədrliyi ilə monitortv.info saytına girişin də Azərbaycan ərazisində bloklanması barədə qərar qəbul edib.

Bu barədə saytın rəhbəri İsmayıl İslamoğlu (İsmayıllı) bildirib. Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bəzi yazıların saytdan silinməsini istəyib.

Söhbət «Əli Həsənovun biznes şəbəkəsi ifşa olundu - Azərbaycan mətbuatının qara qutusu»«Əli Həsənov nəyə görə məzuniyyətə göndərildi?- «Həsən ağa»nın dövrü bitir» başlıqlı yazılardan gedib.

İ.İslamoğlunun qeyd etməsinə görə, hələ məhkəmədən öncə nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin onlara göndərdikləri məktubda bildirilib ki, sözügedən yazılarda böhtan və yalan məlumatlar yayılıb. O isə sözügedən yazılarda hər hansı qərəz, böhtanın olmadığını qeyd etmişdi.

«Məqalələr faktlara söykənərək yazılıb. Məhkəmə yazıdakı faktlara qiymət vermədən qərar qəbul etdi. Qərardan apellyasiya şikayəti verəcəm», - o, məhkəmədən sonra deyib.

Avqustun 7-də Səbail Rayon Məhkəməsi az24saat.org saytının bloklanması barədə qərar qəbul etmişdi. Avqustun 8-də isə xural.com və arqument.az saytlarının bloklanması ilə bağlı qərarlar verilib.

Qərarlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında çıxarılıb. Onlar böhtan yaymaqda ittiham edilirlər.

Sayt rəhbərləri iddiaları qəbul etmirlər.

Azərbaycanda iyul ayında daha bir neçə sayta giriş bloklanmışdı.

Xatırlatma

Ölkədə saytların bloklanması 2017-ci ilin martından başlanıb. Heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.

Məhkəmə iddiasında həmin saytlar dövlətin maraq və təhlükəsizliyinə zidd bir sıra yazılar verilməsində günahlandırılıblar. Ancaq müdafiə tərəfi iddiaları əsasız sayıb.

Multimedia

XS
SM
MD
LG