Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Rubl yenə ucuzlaşır


İllüstrativ foto
İllüstrativ foto

Birləşmiş Ştatların Moskvaya yeni sanksiya tətbiq ediləcəyini açıqlamasının ardınca rus rublu ucuzlaşıb, səhmlər düşməyə başlayıb.

ABŞ yeni sanksiyaların Britaniyada rusiyalı keçmiş casus və qızının zəhərlənməsində Rusiyanın iddia olunan roluna görə qoyulacağını bildirir.

1 DOLLAR = 65,55 RUBL

Rusiya valyutası 3,1 faiz ucuzlaşıb, bir dollar 65,55 rubla bərabərləşib. Bu, 2016-cı ilin noyabrından ən aşağı məzənnədir.

Rubl avqustun 9-da Asiya bazarlarında da üzüaşağı getməkdədir.

Rusiyanın RTS fond indeksi dəyərinin 3 faizə qədərini itirib.

Əslində, rubl və səhmlərin ucuzlaşması prosesi Rusiya mediası “dağıdıcı sanksiyalar”ın detallarını açıqlayandan düşməyə başlamışdı. O zaman konqresmenlər Rusiyanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsinə görə sanksiyalar təklifi irəli sürmüşdülər.

İllüstrativ foto
İllüstrativ foto

Layihədə Rusiyanın suveren borcuna sanksiya qoyulması da təklif olunur ki, bu, Rusiya iqtisadiyyatına ağır zərbə vurmuş olar. Ancaq maliyyə təhlilçilərinin fikrincə, bu təklifin ABŞ Konqresindən keçməsi, prezident Donald Trump-ın onu imzalaması real görünmür.

“Suveren borca sanksiya tətbiqi axırıncı addım olar. Korporativ borc və fərdlərin hədəfə alınması daha realdır”, – AllianceBernstein şirkətindən Shamaila Khan Bloomberg-ə deyib.

Rusiya Maliyyə Nazirliyi avqustun 8-də həddən artıq qıcıqlanmış bazarları sakitləşdirməyə çalışıb, bəyanat yayaraq bildirib ki, bu layihə qanun qüvvəsinə minməyə bilər. Məlumatı Rusiyanın Ria-Novosti xəbər agentliyi yayıb.

“BANK SİSTEMİNİ ÇÖKDÜRMƏYƏ BAŞLASALAR...”

ABŞ rəsmiləri bildirib ki, Rusiyanın kimyəvi silahlardan istifadə etməsi iddialarına görə qoyulan sanksiyalar avqustun 22-dən qüvvəyə minəcək, Rusiyaya həssas texnologiya satışı yasaqlanacaq. Əgər Rusiya kimyəvi, yaxud bioloji silahlarının olub-olmamasını müəyyənləşdirmək üçün beynəlxalq müfəttişləri ölkəyə buraxmasa, daha geniş sanksiyalar tətbiq olunacaq.

Təhlilçilərin fikrincə, qlobal investorlar təkcə ABŞ-ın Rusiyanın suveren borcuna sanksiya tətbiqi ehtimalından narahat deyillər. Onlar Rusiya banklarına təzyiqin artmasını nəzərdə tutan layihədən də əndişlənirlər. çünki bu, Rusiya iqtisadiyyatını ciddi məngənəyə salmış olar.

“Rusiyanı bank sistemini çökdürməklə əzməyə başlasalar, bu, indikindən daha pis siyasi fəsadlara gətirər”, – Khan Bloomberg-ə söyləyib.

Onun sözlərinə görə, apreldə qoyulmuş cərimələrdən sonra investorlar ABŞ-ın sanksiya hədəsinə ciddi yanaşmağı öyrəndilər. O zaman Kremlə yaxın rusiyalı milyarderlərə tətbiq olunan sanksiyalar qlobal bazarlarda kəskin düşüş yaratdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG