Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:13

Tacikistan prezidentinin Bakıya səfəri gözlənir


E.Rəhmon

Tacikistan prezidenti Emoməli Rəhmonun avqustun 10-da Bakıya rəsmi səfəri gözlənir.

Bu barədə Tacikistanın rəsmi «Aziya Plyus» agentliyi xəbər yayıb.

Məlumata görə, İ.Rəhmonu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək, daha sonra nümayəndələrin iştirakı ilə danışıqlar keçiriləcək.

Tacikistan prezidentini Azərbaycanın baş naziri və parlamentin spikerinin də qəbul edəcəyi bildirilir.

«Tacikistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, aqrar-sənaye kompleksi, energetika, yüngül sənaye, nəqliyyat və kommunikasiyalardır», - rəsmi saytda yazılıb.

Məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycanın dəniz və dəmir yolları ilə Avropaya nəql edilən alümin təşkil edir. Tacikistan Azərbaycandan giltorpaq, koks və digər xammal növləri alır. Ötən il üzrə statistik məlumatlara görə, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin ümumi həcminin 13 mln. dollar təşkil etdiyi bildirilir.

Səfərin 2 gün davam edəcəyi nəzərdə tutulub.

Multimedia

XS
SM
MD
LG