Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

Manafort Poroshenko üçün də ‘işləyib’


Paul Manafort (soldan) və Rick Gates
Paul Manafort (soldan) və Rick Gates

Lobbiçi və siyasi konsultant Paul Manafort Ukrayna prezidenti Petro Poroshenko üçün də konsultasiya işi görüb. Bunu Manafortun keçmiş biznes tərəfdaşı Rick Gates məhkəmədə deyib. Ancaq Poroshenko bu deyilənləri rədd edir.

Gates avqustun 7-də məhkəmədə ikinci dəfə ifadə verib. Manafort bank və vergi fırıldağında ittiham olunur, hazırda ABŞ-ın Virciniya ştatındakı Aleksandriya şəhərində məhkəməsi gedir.

Manaforta və Gates-ə ittihamları ABŞ-da xüsusi prokuror Robert Mueller qaldırıb.

“P. P.” KİMDİR?

Gates ifadəsində deyib ki, o, Manafortla birlikdə Poroshenko-nun sələfi Viktor Yanukovych və onun Regionlar Partiyası üçün bir neçə il lobbiçilik və konsultasiya işi görüb.

Onlar bu işdən milyonlar qazanıblar, bu pulların çoxunu ukraynalı oliqarxlar ödəyib. Yanukovych 2014-cü ilin Maydan etirazları nəticəsində devriləndən sonra Manafortun işi də bitib.

Petro Poroshenko
Petro Poroshenko

Gates-in ifadəsinə görə, Manafort 2014 və 2015-ci illərdə yeni kontraktlar əldə etməyə çalışıb, Poroshenko üçün də işləyib.

Məhkəməyə təqdim olunmuş sənədlərdə üstündə “P. P.” yazılmış qeydlər var, bu qısaltma, adətən, Poroshenko-ya aid edilir.

Manafort və həmkarları Poroshenko-ya 2014-cü il prezident kampaniyası zamanı kömək ediblərmi? Prezidentin mətbuat xidmətindən AzadlıqRadiosu-na bildirilib:

“Petro Poroshenko-nun komandası Manafortla, onun adamlarıyla heç vaxt əməkdaşlıq etməyib”.

“Digərlərindən təkliflər gəlib, ancaq onlar heç nəzərdən belə keçirilməyib”, – mətbuat xidməti bildirib.

VƏKİLLƏR İTTİHAMLARI GATES-Ə YÖNƏLDİR

Manafort-un vəkilləri isə məhkəmədə ittihamları Rick Gates-ə yönəltməyə çalışıblar, onun Manafort-dan, hətta ola bilsin, prezident Donald Trump-ın andiçmə komitəsindən milyonlar oğurladığını iddia ediblər.

Gates avqustun 6-7-də verdiyi ifadəsində Manafortun milyonları necə gizlətdiyini, Kiprdə açılmış şirkətlərdən alınmış kredit kimi təqdim etdiyini açıqlayıb. O, Manafortun Ukraynada konsultasiya xidmətləri üçün Yanukovych-ə yaxın oliqarx Serhiy Lyovochkin-dən pul aldığını deyib.

Manafortun vəkili Kevin Downing Gates-ə suallar zamanı onun bir neçə il ərzində Manafort-dan bir neçə yüz min dollar oğurladığını etiraf etməsinə nail olub.

Ancaq Gates bunu açıqlayanda belə özünü müdafiə edib.

“Bu qədər yalan danışandan, saxtakarlıq edəndən sonra jürinin sənə inanmağını gözləyirsən?” – Downing Gates-dən soruşub.

“Mən həqiqəti söyləmək üçün burdayam. Hərəkətlərimə görə məsuliyyət daşıyıram. Cənab Manafort da eyni yolla gedib. Və mən burdayam”, – Gates məhkəmədə deyib.

Manaforta qaldırılmış başqa bir ittihama görəsə, o, xarici agent kimi qeydiyyatdan keçməyib.

İttihamları irəli sürmüş Robert Mueller ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini araşdırır.

Trump və Rusiya bu iddiaları rədd edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG