Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:31

Agentlikdən əhaliyə xəbərdarlıq


Mal-qara

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunma məqsədilə əhaliyə xəbərdarlıq edib. Bununla bağlı Agentlik bu gün, avqustun 8-də açıqlama yayıb.

Açıqlamada yazılır ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyi müəyyən edib.

Agentlik bildirib ki, bununla əlaqəli bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdırlar.

Agentlik nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya olunması ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edib.

Xatırlatma

Nodulyar dermatit xəstəliyi (dermatitis nodularis bovum) virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Xəstəlik ilk dəfə 1929-cu ildə Şimali Rodezidə (Afrika) aşkar olunub.

Multimedia

XS
SM
MD
LG