Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:35

İslamçılarla birlikdə savaşmaqda şübhəlilər saxlanıb


Arxiv fotosu

Makedoniya polisi Suriya və İraq müharibələrində islamçı yaraqlılarla birlikdə savaşmaqda şübhəli bilinən yeddi nəfəri saxladığını bildirir. Onların hamısı Makedoniya vətəndaşlarıdır, yaşları 23-41 arasıdır. Daxili İşlər Nazirliyi şübhəlilərin avqustun 7-də gecə, beynəlxalq order əsasında keçirilən əməliyyat zamanı saxlandığını bildirir.

Nazirlik bildirir ki, şübhəlilərə “xarici orduda iştirak” ittihamı irəli sürüləcək.

“The Associated Press” agentliyi şübhəlilərin Suriyada döyüş meydanında ələ keçirilmiş 600 əcnəbi döyüşçü arasında olduğunu yazır. Onlar ötən il ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri tərəfindən saxlanıblar.

AP-nin yazmasına görə, Birləşmiş Ştatlar müttəfiqlərinə təzyiq göstərir ki, ələ keçirilmiş döyüşçüləri vətənə aparıb mühakimə etsin.

Makedoniya qanunvericiliyi hər hansı xaricdə hər hansı silahlı qruplaşmaya qoşulmağı, yaxud silahlı münaqişədə iştirakı qadağan edir.

Təqsirli bilinərlərsə, həmin şəxslər 10 ilədək həbsə məhkum edilə bilərlər.

XS
SM
MD
LG