Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:24

Taliban hücumlarında 4 əsgər, 4 qadın öldürülüb


Əfqanıstanda atışma, 7 avqust, 2018-ci il

Əfqanıstanın qərbindəki Farah vilayətində Taliban yaraqlıları dörd əfqan əsgəri öldürüb, altısını yaralayıb. Yerli rəsmilər hücumun avqustun 6-da gecə başladığını, bu gün səhərədək davam etdiyini bildirib.

Sonradan Əfqanıstan hava qüvvələrinin endirdiyi zərbədə 19 taliban yaraqlısı öldürülüb, 30-u yaralanıb.

Ölkənin şərqindəki Loqar vilayətində isə yaraqlılarla əfqan əsgərləri atışarkən dörd qadın öldürülüb, dörd uşaq yaralanıb.

İnsidentin avqustun 6-da vilayətin paytaxtı Puli Alim yaxınlığında baş verdiyi bildirilir.

Taliban bu hücumların heç biri barədə açıqlama verməyib.

XS
SM
MD
LG