Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:00

Məhbus ölümünə görə bir neçə nəfər məhkum edilib


Arxiv fotosu

Qazaxıstanda bir məhbusun işgəncə nəticəsində ölümünə görə bir neçə nəfər yeddi ildən səkkiz ilədək həbsə məhkum edilib.

Şaxtinsk Şəhər Məhkəməsi avqustun 6-da çıxardığı qərarla təcridxana rəsmiləri Bauyrbek Shotaev və Vitaly Zaretsky-ni cinayətin təşkilində təqsirli bilib. Onların hərəsinə yeddi il həbs cəzası kəsilib.

Məhkəmə altı məhbusu isə Valery Chupin-i döyməkdə və elektroşokla işgəncə verməkdə təqsirli bilib. Onların Zaretsky-nin göstərişi ilə hərəkət etdiyi bildirilir. Onlar 7 ildən 8 ilədək həbs cəzasına məhkum olunublar.

Son illər Qazaxıstanda məhbuslar tez-tez həbsxana şəraitinə etiraz aksiyaları keçirilər. Onlar diqqət çəkmək üçün özlərini şikəst etməkdən belə çəkinməyiblər.

XS
SM
MD
LG