Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:13

Pensiya təyinatı elektron olacaq


Pensiyaçılar

Azərbaycanda pensiya təyinatı prosedurunun tam elektronlaşdırılmasının həyata keçirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu gün, avqustun 6-da yaydığı məlumata görə, bunu nazir Sahil Babayev deyib.

Məlumatda qeyd edilib ki, o bunu pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə yaradılmış işçi qrupun iclasında bildirib.

Nazirin sözlərinə görə, elektronlaşdırma əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması məqsədi daşıyır.

S.Babayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik aktlarında müvafiq əlavə və dəyişikliklərin edilməsindən ötrü təkliflərin hazırlandığını diqqətə çatdırıb.

Xatırlatma

Azərbaycanda 1 milyon 300 mindən çox pensiyaçının olduğu bildirilir. Rəsmi məlumatlara görə, hazırda əmək pensiyalarının orta aylıq məbləği 219.15 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 246.36 manat təşkil edir.

Ötən il Azərbaycanda qanunvericiliyə edilən dəyişiklikdən sonra pensiya yaşı 65-ə qədər artırılıb. Buna qədər qadınların pensiya yaşı 60, kişilərdə isə 63 idi. Aradakı bu fərq hər il 6 ay artırılır. Başqa sözlə, yeni qanuna əsasən, kişilərdə 2021-ci, qadınlarda isə 2027-ci ilə qədər pensiya yaşı 65-ə çatdırılacaq.

Multimedia

XS
SM
MD
LG