Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:37

AXCP sədrinin həbsdəki müşaviri gözündən əməliyyat edilib


Məmməd İbrahim

Bu gün, avqustun 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin əməliyyat edildiyi bildirilir.

Bu haqda siyasətçinin oğlu Turan İbrahim məlumat verib.

Onun sözlərinə görə, əməliyyat 1 saat yarımdan artıq davam edib.

"Sonunda Mammad Ibrahimi əməliyyat elədilər. Bu gün (avqustun 4-də) sağ gözündən saat yarımlıq əməliyyat keçirib. Gözündəki sarğını sabah açacaqlar. Ancaq bir həftə görə bilməyəcək. 1 həftə sonra görməsi düzəlməlidir", deyən T.İbrahim atasının şiddətli ağrılarının olduğunu qeyd edib.

Məmməd İbrahimin bir gözünün görmə qabiliyyətini itirməkdə olduğu bildirilirdi. Yaxınları, vəkilləri bir neçə dəfə müraciət etsələr də, demələrinə görə, Penitensiar Xidmət onun müalicəsindən ötrü lazımı addımları atmayıb.

Hərçənd Penitensiar Xidmətdən onun müayinə və müalicə edildiyi bildirilmişdi.

Sonuncu dəfə ötən ayın sonunda İnsan hüquqları üzrə müvəkkil - ombudsman Elmira Süleymanova Məmməd İbrahimin sağlıq durumunun araşdırılmasından ötrü Ədliyyə Nazirliyinə müraciət etmişdi.

Məmməd İbrahimdə qlükoma (göz təzyiqi-red.) xəstəliyi olduğu deyilirdi.

Xatırlatma

Məmməd İbrahim 2 il 10 aydır ki, həbsdədir. Onun cəzasının bitməsinə iki ay qalıb.

O, AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

Bundan sonra Məmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.

Multimedia

XS
SM
MD
LG