Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:44

Gömrükdə 90 qəpiklik benzinə 1 manat rüsum alınacaq


Foto arxiv

Bundan sonra Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrinin baklarının tutumundan artıq benzin və dizelə görə, gömrük rüsumu ödəməli olacaqları bildirilir.

“ Turan” agentliyinin xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Baş nazir Novruz Məmmədovun qərarı dünən, avqustun 3-də imzaladığı qeyd edilir.

Xəbərə görə, Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında sənəddə bildirilir ki, qərar Dövlət Gömrük Komitəsinin və Dövlət Neft Şirkətinin təklifi ilə qəbul edilib.

Qərarda vurğulanır ki, Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulan baklarının tutumunun miqdarından artıq keçirilən benzin və dizel yanacağının hər litrindən ötrü spesifik gömrük tutulacaq. Rüsumun məbləğinin hər litrə 0,6 dollar (hazırkı məzənnə ilə 1.02 qəpik) nəzərdə tutulduğu bildirilir

Xəbərdə habelə qeyd edilir ki, avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya idarəetmə hüququ olan şəxs rüsumu gömrük-sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına manatla ödəməlidir.

Azərbaycanda ən çox Aİ-92 markalı benzinin istifadə edildiyi deyilir. Həmin benzinin bir litrinin qiyməti 90 qəpikdir.

Multimedia

XS
SM
MD
LG