Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Şimali Koreya sanksiyalara baxmayaraq raket sınaqlarını davam etdirib


Kim Jong Un hərbçilərlə raket sınağını müşahidə edir
Kim Jong Un hərbçilərlə raket sınağını müşahidə edir

Şimali Koreya beynəlxalq sanksiyalara baxmayaraq 2018-ci ildə raket sınaqlarını davam etdirib.

Reutersin məlumatına görə, BMT-nin ekspertlərinin hesabatında belə deyilir.

Hesabat avqustun 3-də BMT-nin sanksiyalar üzrə komitəsinə təqdim edilib.

Hesabata görə Pxenyan BMT təhlükəsizlik şurasının qətnamələrinə məhəl qoymayaraq, qanunsuz yollarla neft idxalı və kömür məhsullarının daşınmasını xeyli artırıb.

Bundan başqa Şimali Koreya sanksiyalara baxmayaraq 100 milyon dollarlıq tekstil ixrac edib.

Məlumata görə, bu tekstili Çin, Hindistan,Meksika,Türkiyə və Uruqvay alıb.

Bundan başqa hesabatda, Şimali Koreyanın Suriya prezidenti Bashar Assad rejiminə silah göndərilməsini davam etdirdiyi qeyd olunur.

Bu günlərdə kütləvi informasiya vasitələrində gedən məlumatlara görə, həmçinin Rusiya BMT-nin qətnamələrinə məhəl qoymayaraq,10 min Şimali Koreya vətəndaşını işlə təmin edib.

Qeyd edək ki, ABŞ Rusiyanın “Aqrosoyuz” bankına qarşı sanksiya tətbiq edib.

Buna da bax:"ABŞ daha bir Rusiya bankına sanksiya qoyur".

Vaşinqton hesab edir ki, bu bank Şimali Koreya rəhbərliyi ilə əməkdaşlıq edib və xaricdən bu ölkəyə maliyyə axınına şərait yaradıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG