Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

ABŞ daha bir Rusiya bankına sanksiya qoyur


ABŞ daha bir Rusiya bankına Şimali Koreyanın qanunsuz silah proqramına bağlı bir nəfərin adından “əhəmiyyətli tranşlar etdiyinə” görə sanksiya qoyub.

Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) avqustun 3-də bəyan edib ki, Moskvanın Agrosoyuz Kommersiya Bankını özünün sanksiyalı vahidlər və fərdlər siyahısına daxil edib.

OFAC bunu da bildirir ki, bundan əvvəl sanksiyalanmış Foreign Trade Bank (FTB) bankının Moskvada oturan müavini, 48 yaşlı Ri Jong Won-u və Şimali Koreyanın “iki qondarma şirkətini” sanksiya siyahısına daxil edib. FTB Şimali Koreyanın əsas xarici valyuta bankıdır.

OFAC-ın bəyanatında deyilir ki, Rusiyada qeydiyyatdam keçmiş Agrosoyuz Commercial Bank bankıFTB-nin Moskvada mənzillənmiş əsas nümayəndəsi Han Jang Su-nin adından qanunsuz maliyyə tranşları edib.

Bəyanatda bu da deyilir ki, həm Han, həm də FTB əvvəllər ABŞ tərəfindən sanksiyalanıblar:

"Buna baxmayaraq Rusiyanın Agrosoyuz bankı Rusiyanın BMT qarşısındakı öhdəliklərini pozaraq 2018-ci ildə də Han Jang Su-ya maliyyə xidmətləri göstərib”.

Sənəddə qeyd olunur ki, Agrosoyuz Şimali Koreya ilə “uzunmüddətli münasibətlərə” malikdir və Şimali Koreya banklarına milyonlarla dollar vəsait transfer edib.

OFAC bildirir ki, bəyanatda sözü gedən iki vahid FTB-nin qondarma şirkətləri Dandong Zhongsheng Industry & Trade Co. Ltd. və Korea Ungum Corp. firmalarıdır.

XS
SM
MD
LG