Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:14

Rusiyada vertolyot qəzasında 18 nəfər həlak olub


MI-8

Rusiyada vertolyot qəzasında 18 nəfər həlak olub.

AzadlıqRadiosunun TASS-a istinadla verdiyi məlumata görə, "Utair” şirkətinə məxsus Mi-8 vertolyotu avqustun 4-də Krasnoyarsk diyarında qəzaya düşüb.

Vertolyot neftçiləri neft mədəninə aparırmış.

İlkin məlumata görə, vertolyot havaya qalxarkən pərləri, digər vertolyotun daşıdığı yükə ilişib.

İkinci Mi-8 vertolyotu yükü dərhal tullayaraq məcburi yerə enib və eyət üzvü qəzadan salamat çıxıb.

Məlumata görə hər iki vertolyot, dispetçerin müşahidəsi olmadan uçurmuş.

Faktla bağlı cinayət işi açılıb.

Fövqəaldə hallar nazirliyinin məlumatına görə qəza yerıi vaxtla saat 10 radələrində İqarka kəndinin təxminən 180 kilometrliyində baş verib.

XS
SM
MD
LG