Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:52

Mərkəzi Bankın valyutası 10 faiz çoxalıb


AMB

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb.

AMB-nin yeni açıqlanmış məlumatına görə, artım son bir ildə 10 faizdən çox olub.

Bu il avqustun 1-də bankın valyuta ehtiyatları 5 mlrd. 546.7 mln. dollar təşkil edib. Bu göstərici ötən ilin ortaları ilə müqayisədə 513.6 mln. dollar çoxdur.

Valyuta ehtiyatları bu il iyulun 1-i ilə müqayisədə 34 mln. dollar çoxalıb.

Son illər valyuta hərraclarına MB-nin yox, Neft Fondunun vəsaitləri çıxarılır.

Pul bazası

Azərbaycanın pul bazasında da son bir ildə artım müşahidə edildiyi bildirilir.

AMB vurğulayıb ki, pul bazasının həcmi avqustun 1-nə 8 mlrd. 888.9 mln. manat olub. Bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 556 mln. manat çoxdur.

Pul bazası iyulun 1-i ilə müqayisədə 300 mln. manatdan çox artıb.

Problemli kreditlər də artıb

Mərkəzi Bank problemli kreditlərlə bağlı rəsmi məlumatları da bölüşüb. Həmin məlumata görə, vaxtı keçmiş kreditlərin ümumi məbləği iyulun 1-də 1 mlrd. 745.7 mln. manat olub.

Belə kreditlər iyunun 1-nə olan göstəricilərlə müqayisədə azı 2 faiz çoxalıb. Bu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə isə problemli kreditlər 7 faiz çoxalıb.

Müstəqil ekspertlər isə hesab edirlər ki, əslində problemli kreditlərin həcimi reallıqda daha çoxdur.

Azərbaycanda problemli kredit məsələsi 2015-ci ildə baş verən devalvasiyalardan sonra aktuallaşıb. Onda manat dollar qarşısında 2 dəfə dəyər itirmişdi.

Multimedia

XS
SM
MD
LG