Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Lerikdə meşə yanır


Yardımlıda meşə yanğını. Foto arxiv

Lerik rayonunda meşə yanğını başladığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumata görə, rayonun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə yanğın baş verib. Yanğının mürəkkəb relyefli yüksək dağ massivini əhatələdiyi qeyd edilir.

FHN yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələrinin, Cənub Regional Mərkəzinin şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin əməkdaşlarının və yerli sakinlərin cəlb edildiyini bildirir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xatırlatma

Son aylarda Azərbaycanın meşə zonalarında ümumilikdə 35 yanğın hadisəsinin baş verdiyi deyilir. Yanğınlar Hirkan və Altıağac milli parklarının ərazisində də baş verib. Həmin yanğınlar artıq söndürülüb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün, avqustun 3-də keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanın çöl və meşələrində yanğınların böyük əksəriyyəti insan faktoru ilə bağlıdır.

XS
SM
MD
LG