Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:11

ABŞ-dan Türkiyənin 2 nazirinə sanksiya


Andrew Brunson

Avqustun 1-də Birləşmiş Ştatlar Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq edib. Səbəb Ankaranın amerikalı keşişi azadlığa buraxmamasıdır.

50 yaşlı keşiş Andrew Brunson 2016-cı ildən saxlanıb. ABŞ prezidenti Donald Trump NATO müttəfiqi Türkiyəyə dəfələrlə xəbərdarlıq edib ki, “günahsız” keşiş buraxılmasa, Ankaraya sanksiya qoyacaq.

Sanksiyalar ədliyyə naziri Abdulhamit Gul və daxili işlər naziri Suleyman Soylu-ya tətbiq olunub. Ağ ev onları Brunson-un həbsində “aparıcı rol”ları, “Türkiyədə ciddi insan haqları pozuntuları”nın icrasına görə ittiham edir.

Sanksiyalara görə, ABŞ-da Gul və Soylu-ya məxsus istənilən mülkiyyət dondurulur, ABŞ-da fərdlərin onlarla biznes qurması yasaqlanır.

Gul Twitter-də yazıb ki, “ABŞ-da, yaxud Türkiyədən kənar istənilən ölkədə bircə quruşu da yoxdur”.

Türkiyənin Xarici İşlər Nazirliyi isə Vaşinqtonu “ədliyyə sistemimizə sayıqısızcasına müdaxilə”də suçlayıb, yubanmadan cavab tədbirləri görüləcəyini bildirib.

Türkiyə prezidenti Recep Tayyip Erdogan Brunson-u ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-ə dəyişməyi təklif edir. Erdogan onu 2016-cı ilin uğursuz çevriliş cəhdində suçlayır.

Vaşinqtonsa bildirir ki, Gulen-in ekstradisiyası üçün yetərincə dəlil yoxdur.

XS
SM
MD
LG