Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 05:33

Bakıda güclü şimal küləyi gözlənir


Bakı

Avqustun 2-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 25-27, gündüz 29-34, Bakıda gecə 25-27, gündüz 31-33 dərəcə isti olacaq.

Avqustun 2-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı bildirilir. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, avqustun 2-si gündüzdən avqustun 4-dək Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG