Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:22

Rusiyadan quş əti idxalı məhdudlaşdırılıb


Toyuq

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) müəyyən ediblər.

Habelə, Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması aşkarlanıb.

Bununla əlaqədar Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırılır.

«Eyni zamanda, Rusiya Federasiyasının Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdırlar», - açıqlamada vurğulanır.

Məlumatda habelə bildirilir ki, Rusiya Federasiyasının qeyd edilən ərazilərindən gələn və tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

Multimedia

XS
SM
MD
LG