Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 08:50

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi


Mərkəzi bank

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10 faiz səviyyəsində, faiz dəhlizinin yuxarı həddi 12, aşağı həddi isə 8 faiz səviyyəsində saxlanıb.

APA-nın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün, avqustun 1-də keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.

Xatırlatma

Bundan öncə, iyunun 14-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 11 faizdən 10-a endirmişdi. Faiz dəhlizinin yuxarı həddi 12, aşağı həddi isə 8 faiz müəyyən edilmişdi.

XS
SM
MD
LG