Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Aqil Ələsgər sərbəst buraxıldı


A.Ələsgər

Jurnalist, «Yeni Çağ» Media Qrupunun rəhbəri Aqil Ələsgərin bu gün, avqustun 1-də səhər saatlarında sərbəst buraxıldığı bildirilir.

Onun sərbəst buraxılmasını Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da təsdiqləyib. Amma saxlanmanın səbəbi ilə bağlı heç nə deməyib. Jurnalist A.Ələsgərin özü isə, hələlik, telefon zənglərinə cavab vermir.

Aqil Ələsgərin yeri bilindi

«Yeni Çağ» Media Qrupunun rəhbəri, jurnalist Aqil Fərəcovun (Aqil Ələsgər) saxlandığı bildirilir.

«Yeni Çağ» saytının xəbərinə görə, A.Ələsgərin həyat yoldaşı Günay Fərəcova əri ilə iyulun 30-dan əlaqə saxlaya bilmədiklərini açıqlayıb: «Aqil Ələsgərlə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək, ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, nə zənglərimizə, nə də WhatsApp mesajlarımıza cavab verdi».

G.Fərəcova deyib ki, A.Ələsgər sonuncu dəfə taksi xidmətindən istifadə edib. Xanımının bildirməsinə görə, sürücü deyib ki, taksini Qala yolunda naməlum şəxslər saxlayıb və həmin şəxslər A.Ələsgəri özləri ilə aparıblar.

G.Fərəcova vurğulayıb ki, 102 xidmətinə müraciət ediblər, Xəzər Rayon Polis İdarəsinin 1 saylı Polis Bölməsində izahat veriblər, amma hələ ki, cavab ala bilməyiblər.

G.Fərəcova A.Ələsgərin tapılmasından ötrü ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət etdiyini də deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun da A.Ələsgərin saxlanıldığını təsdiqlədiyi bildirilir. Şura sədri Facebook-da yazıb ki, A.Ələsgərin yaxınları da bu məsələ ilə bağlı onlara müraciət edib: «Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Ələsgəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb».

Şura sədri deyib ki, iş günü sona çatdığından məsul şəxslərlə əlaqə yarada bilməyib, avqustun 1-də Mətbuat Şurası adından DİN-ə müraciət edəcək.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

A.Ələsgər «Yeni Çağ» Media Qrupunu 2007-ci ildə yaradıb və həmin vaxtdan da bu qrupa rəhbərlik edir. Qrupun eyniadlı saytı fəaliyyət göstərir.

Multimedia

XS
SM
MD
LG