Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:15

84 yaşlı ukraynalı 12 illik həbsə məhkum edilib


Donetsk regionundakı Mariupol şəhəri, arxiv fotosu

Ukraynada məhkəmə 84 yaşlı tədqiqatçını 12 illik həbsə məhkum edib. O, məxfi informasiya toplayaraq Rusiyaya ötürməyi planlaşdırmaqda təqsirli bilinib.

Mekhti Logunov iyulun 30-da Xarkov məhkəməsi tərəfindən vətənə xəyanətdə təqsirli sayılıb. Məlumatı onun vəkili Maksym Shapovalov verib.

Vəkilin deməsinə görə, Logunov Ukraynanın müdafiə sənayesinə aid məxfi informasiya toplamaqda, onu Rusiya kəşfiyyatına ötürmək niyyətində təqsirli hesab olunub.

Xarkov regional prokurorluğu bir yerli sakinin vətənə xəyanətə görə 12 illik həbsə məhkum edildiyini bildirsə də, ad açıqlanmayıb.

Logunov-un digər vəkili Dmytro Tykhonenkov apellyasiya şikayəti veriləcəyini bildirib.

Moskva 2014-cü ilin martında Ukraynanın Krım regionunun ilhaq edəndən sonra Ukrayna-Rusiya münasibətləri pisləşib.

Rusiya həmçinin Ukraynanın şərqində separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bu münaqişədə 10 min 300-dən çox ölən olub.

XS
SM
MD
LG