Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:35

Altıağacda yanğın söndürülüb


Yanğın

Altıağac Milli Parkında iyulun 28-dən başlayan yanğının söndürüldüyü bildirilir.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatında yazılır.

Məlumata görə, yanğın nazirliyin yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin aviasiya dəstəsinin qüvvələrinin səyləri nəticəsində iyulun 30-da gecə saatlarında söndürülüb. Hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanır.

Nazirlik bildirir ki, yanğının söndürülməsində əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə edilib.

ETSN-in ilkin hesablamalarına görə, yanğın təxminən 100 hektar ərazini əhatə edib.

«Yanğının baş verməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi, qanuna müvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Altıağac Milli Parkı müvafiq sənədləşmə işləri aparıb və hüquq-mühafizə orqanlarına müraciət olunub», - nazirliyin məlumatında yazılır.

Xatırlatma

İyulun 28-də Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində yanğın başlamışdı.

Yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə də keçmişdi.

Multimedia

XS
SM
MD
LG