Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Bakıda 33-35 dərəcə isti gözlənir


Günəş

Avqustun 1-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq .

Avqustun 1-də Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənir. Ancaq Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı vurğulanır. Gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG